“ABŞ və Çin arasındakı ticarət müharibəsinin eskalasiyası investisiyalar və iqtisadi artım üçün ciddi risklərlə nəticələnəcək”
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında S&P beynəlxalq reytinq agentliyinin baş iqtisadçısı Tatyana Lısenko deyib.
“İki həftə ərzində ABŞ əlavə rüsumlar tətbiq etməyi planlaşdırır. Bu da 16 milyard dollar dəyərində olan məhsulların idxalına təsir edəcək. Beləliklə, rüsum tətbiq edilən Çin məhsullarının həcmi 50 milyard dollara çatacaq. Hazırkı dövrdə yaranan vəziyyət ABŞ və Çin iqtisadiyyatına, eləcə də dünya ticarətinə elə də güclü təsir göstərməyəcək. Əsas təhlükə ticarət müharibəsinin eskalasiyası zamanı olacaq. ABŞ hazırda 200 milyard dollar həcmində olan Çin mallarının idxalına 10% rüsum tətbiqini müzakirə edir”, - Lısenko bildirib.
Digər xəbərlər
loading...