Əfqanıstanın Qazni vilayətində baş vermiş iki partlayış nəticəsində 3 uşaq ölüb, yeddisi xəsarət alıb
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Vilayətin rəhbəri Gilan Məhəmməd Kərim Gilanvalın sözlərinə görə, partlayış zamanı uşaqlar bir yerdə oynayırmış:
"Birinci partlayışda 3 uşaq ölüb, dördü isə yaralanıb. Digər partlayışda 10-15 yaşında daha üç uşaq xəsarət alıb. Xəsarət alan uşaqların vəziyyəti ağırdır. Onlar yerli xəstəxanaya yerləşdirilib".
Digər xəbərlər
loading...