FETÖ yapılanmasının Azərbaycandakı lideri Elnur Aslanovun ən yaxın adamlarından biri Azərbaycan prezidentinin olduğu məkanda görünüb. Nəinki görünüb, hətta protokola daxil olub, onunla birlikdə hərəkət edən heyətin içərisində yer alıb, ən yaxın məsafədən ölkənin birinci şəxsinin yanında addımlayıb
Musavat.com bu barədə iddiasını fotofaktı təqdim etməklə, gücləndirir.
Lakin siz bu fotofaktı incələyənə qədər biz bəzi məlumatları yazaq, sizlər də sürətlə oxuyub, sonra yenidən fotonu təhlil edərsiniz.
****
Söhbət Ramin Hakimov adlı bir azərbaycanlı gəncdən gedir. O, bir zamanlar Prezident Administrasiyasının məsul şəxsi olan Elnur Aslanovun heyətində “qanadlı oğlan” ayaması ilə tanınırdı. Mətbuat onun haqqında çox yazıb. Ramin Hakimov 2010-cu ildən sosial şəbəkələrdə “qanadlı oğlan” videosu ilə məşhurlaşıb. Belə ki, İngiltərədə yayımlanan şou-proqramlardan birinə qatılan R.Hakimov Azərbaycanın neft gölməçələrinin fonunda ingiliscə mahnı oxuyur. O, səhnəyə qırmızı şalvar, zərli köynək, bəyaz qanadlarla çıxmışdı. Həmin vaxt auditoriyaya “Azərbaycanı tanıyırsınızmı” sualını verən proqramın aparıcısı ölkəni “Eurovision” yarışması ilə yada salır. Aparıcının yadına “Eurovision” yarışmasının düşməsi Raminin geyimi ilə bağlı idi.
Ramin Hakimov 2012-2014-cü illərdə Xaricdə Təhsil Alan və Oxuyan Azərbaycanlı Tələbələrin və Məzunların Beynəlxalq Forumunun (ASAİF) sədri olub. Bütün zamanlar üçün onun əsas hamisi Elnur Aslanov olub.
R. Hakimov hazırda Bakıda da FETÖ təmizlənməsi olmasına rəğmən, diqqətdən kənarda qala bilib. Belə ki, o, indi Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin paralel fəaliyyətlər üzrə meneceridir. Qeyd edək ki, Komitə Bakıda 42-ci Dünya Şahmat Olimpiadasının təşkilini həyata keçirir.
Bununla yanaşı, o, Elnur Aslanovun şəriki olduğu və Fətulla Gülən tərəfdarı olan gənclərin daha çox toplandığı “Burc Qala” restoranının rəhbəridir.
****
İndi isə qayıdaq əsas mövzuya!
Gördüyünüz bu foto Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimində çəkilib, onun kiçik fraqmentlərindən biridir. Prezident İlham Əliyev həmin mərasimdə iştirak edib.
İndi əsas sual budur!
Türkiyədə və Azərbaycanda terror təşkilatı kimi təqib olunan FETÖ qruplaşmasına aid birisinin – Ramin Hakimovun prezidentin protokolunda, onunla ən yaxın məsafədə nə işi var? Bu qruplaşmanın necə təhlükəli olduğu 15 iyul 2016-cı ildə Türkiyədə sübuta yetirildi. Məlum oldu ki, FETÖ ən kritik məqamlarda ən radikal addımlara da hazırdır. Belə bir hörgütlə əlaqəsi olması iddia edilən Ramin Hakimovun Azərbaycan prezidentinə yaxın buraxılması təhlükəli deyilmi? Bunu kim və kimlər protokola salıb? Bunun üçün kimlərsə cəzalandırılacaqmı, yoxsa bunun üstündən keçiləcəkmi?
Daha bir sula: necə olur ki, Azərbaycan dövləti Türkiyə Cümhuriyyəti ilə paralel FETÖ təmizləməsi həyata keçirir, gülənçilər həbsə alınır, cinayət işi açılır, lakin bu radikal dini hörgütün əsas adamları, o cümlədən də Ramin Hakimov hələ də ortalıqda, iş başında, biznes fəaliyyətindədirlər? Üstəlik, Azərbaycanın prezidentinə yaxın məsafəyə buraxılır, protokola salınır?
Bu suallara cavab verilsəydi, yaxşı olardı.
Ramin Hakimovun “qanadlı oğlan” zamanının video və fotolarını da təqdim edirik.
MilliYol.Az
Digər xəbərlər
loading...