Türkiyə ilə ABŞ-ın hərbi birləşmələrinin Suriyanın Münbiç bölgəsində həyata keçirdiyi xüsusi antiterror əməliyyatı qrafikə uyğun davam edir
Əməliyyat nəticəsində YPG/PKK terror təşkilatı bölgədən çəkilib. Münbiç terrorçulardan təmizlənəndən sonra əməliyyatlar başqa bölgələrə keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində deyib.
Nazir vurğulayıb ki, İraq PKK-dan tam təmizlənənədək lazımi tədbirlər davam edəcək.
O, həmçinin iyunun 24-də ölkədə keçirilmiş növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Avropa Birliyi ilə münasibətlər, ABŞ-ın bölgə dövlətləri ilə bağlı qərarları, həmçinin Türkiyənin Rusiyadan almaq istədiyi “S-400” müdafiə sistemi və s. məsələlərə dair sualları cavablayıb.
Terrorçuluqla mübarizədə qətiyyətli olduqlarını diqqətə çatdıran Çavuşoğlu bildirib ki, PKK terror təşkilatının simvollarının təbliğini qadağan edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq.
Digər xəbərlər
loading...