Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib
“Report” TASS-a istinadən xəbər verir ki, o, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib.
Qeyd edək ki, ötən il oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb.
Xatırladaq ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində baş nazir vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.
Digər xəbərlər
loading...