Qaynarinfo.az-a ilginc məlumat daxil olub. Belə ki, Biləcəri qəsəbəsində dəmiryolundan bir neçə metr məsafədə elə Dəmiryolu İdarəsinə məxsus yarımtikili icarəyə verilir.
Maraqlısı budur ki, bu yarımtikili obyekt idarə tərəfindən muzey kimi fəaliyyət göstərməli idi. Qanuna görə isə, torpaq örtüyündən asılı olaraq, tikili ilə dəmiryolu xətti arasındakı məsafə minimum 20 metr olmalıdır. İcarəyə verilən bu tikili isə dəmiryolu xəttindən bir neçə metr aralıqdadır. İlk olaraq, icarəyə verən tikili sahibi ilə danışıb, obyektin qiyməti və sənədləri barədə məlumat əldə etdik.
Obyekti icarəyə verən və soyadı bizə məlum olmayan Şamil bəy səlahiyyətli şəxs olduğunu bildirərək tikilini güzəştli qiymətə icarəyə vermək istədiyini söylədi:"Mən özüm həmin Dəmiryolu İdarəsindən şöbə rəisinin müaviniyəm. Səlahiyyətli nümayəndə olduğundan heç bir problem yoxdur. Adım Şamildi. İcarəyə götürənə bir-iki ay güzəşt edərik. Çünki ora xərc çəkilməlidir. Danışıb razılığa gəlmək olar. Kim nə deyə bilər, qardaş. Obyekt dəmiryollarınındır. Əlinizdə rəsmi müqavilə olacaq. Çünki qanuni formada Dəmiryolu verir həmin obyekti icarəyi".
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıq. Nadir Əzməmmədov Qaynarinfo.az-a bildirdi ki, yarımtikili Dəmiryolu İdarəsinə məxsusdur, bu səbəbdən, idaərəyə məxsus olan obyektlər dəmir yoluna yaxın tikilə bilər:
"Həmin tikili idarənin tərkibində olan bir obyektdir və muzey üçün nəzərdə tutulmuşdur. Obyekti bizim idarə icarəyə verir. Bu qanun çərçivəsində aparılır".
"İdarəyə muzeyin tikilməsi ilə bağlı vəsait ayrılmasına baxmayaraq, niyə yarımçıq qalıb?" – sualına isə idarənin mətbuat xidməti rəhbəri məzuniyyətdə olduğunu, bu barədə məlumatı olmadığını bildirdi.
Əldə etdiyimiz məlumatlara görə deyə bilərik ki, yarımtikili şəklində qalan muzeyə vəsait ayrılsa da, görünür, bu vəsait ya yetərincə olmayıb, ya da kimlər üçünsə yaxşı qazanc yeri olub. Bir Azərbaycan lətifəsində olduğu kimi;
Ordakı körpünü görürsən?
- Axı orda körpü yoxdur
Düz deyirsən, olacaqdı, amma yerində bu gördüyün villa oldu
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...