Zaqatalada moruq yığan qadını ilan sancıb
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Mamrux kənd sakini, 1967-ci il təvəllüdlü Məryəm Musa qızı Davudova səhər saat 7 radələrində yaşadığı kəndin inzibati ərazisində dağlıq meşəlik ərazidə moruq yığan zaman ilan qəfildən onun sağ əlinin barmağından sancıb. Məryəm Davudova yaxınlarının köməkliyi ilə Zaqatala Mərkəzi Rayon Xəstəxansına (MRX) çatdırılıb.
MRX-dan bildirlib ki, Məryəm Davudovaya lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Onun müalicəsi davam etdirilir.
Digər xəbərlər
loading...