"Təhsil haqqında" qanunda əhəmiyyətli dəyişikliklər olunub
Ümumilikdə "Təhsil haqqında" qanunun 21 maddəsinə 60-dan artıq dəyişiklik edilib. 2 yeni maddə əlavə edilib".
Lent.az xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən tədbirdə nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.
Onun sözlərinə görə, hər ilin sonunadək 6 yaşı tamam olanlar da valideynlərinin müraciəti əsasında məktəbə gedə biləcək: "Biz ötən il 6 yaşı tamam olmayan uşaqları yoxlamışıq və görmüşük ki, onlar digər uşaqlar kimi cavab verə bilirlər".
Digər xəbərlər
loading...