“Xəzər dənizinin hüquqi statusu dövlət başçılarının yaxın vaxtlarda Astanada keçiriləcək görüşündə razılaşdırıla bilər”
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib. O bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə ( Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran) arasında artıq 25 ildir müzakirələr gedir və nəhayət, bütün tərəflərin razılığa gələ biləcəyi məqam yetişib: “Tamamilə mümkündür ki, Astanada gözlənilən sammitdə Konvensiyanın imzalanması baş versin”.
R. Abdulatipovun sözlərinə görə, bu sənəd olmadan aktiv iqtisadi əməkdaşlıqdan danışmaq çətindir. O hesab edir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində gecikmənin davam etməsi ekoloji problemlərin ağırlaşmasına gətirib çıxaracaq: "Bir sıra istiqamətlər üzrə Xəzər fəlakətin astanasındadır, bir neçə il əvvəl imzalanmış Tehran Konvensiyası isə o qədər də effektiv işləmir".
Digər xəbərlər
loading...