Şirkət keçmiş MTN şefinin yardımı ilə vergidən necə yayınıb?
Nazirliyin həyətində tikinti işləri gedən zaman Eldar Mahmudov dəfələrlə tikintiyə baş çəkirmiş və arada fəhlələrlə birlikdə çay da içirmiş.
Ölkə prezidenti İlham Əliyev tərəfindən Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilən Eldar Mahmudovla bağlı bu günə kimi yüzlərlə məlumat ölkə mediasına sızdırılsa da, hələlik ölkənin milli təhlükəsizlik sistemini cinayətkarlar və reketlər yuvasına çevirmiş Eldar Mahmudovun özü azadııqda qalmaqda davam edir. Onun MTN-də qəssablarından olan Akif Çovdarov hər gün vəkilləri vasitəsi ilə azadlığa buraxılması üçün yalvarır. Amma qeyd edək ki,MTN-yi ləğv edilib onun bazasında Dövlət Təhlükəsizlik Komitəsi yaranmasına baxmayaraq,Eldar Mahmudov-Akif Çovdarovun qruplaşmasının üzvüləri hələlik "Quyruq”ların ələ vüerməyiblər və hazırda da DTK-də işlərinin başındadırlar.
Eldar Mahmudovun "XOD” gedən dövründə nazirliyin birsıra dövlət sifarişləri olub ki,bu sifarişlər müxtəlif istiqamətləri əhatə edib.Bunladan biri də nazirliyin ərazisində 9 mərtəbəli inzibati binanın tikintisidi. Redaksiyamıza daxil olan məlumata görə, hazırda istifadəyə verilmiş bu inzibati binanın tikintisin 1994-cü ildə yaradılan "6-cı mərtəbə” şirkəti həyata keçirib.
Məlumata görə, Eldar Mahmudov nazirliyin bütün tikinti işlərinə bu şirkəti cəlb edibmiş və bu şirkət vasitəsi ilə yüzminlərlə vəsait buxarlanıb.Misal üçün daxil olan məlumatda iddia edirlir ki, şirkət tərəfindən tikintiyə cəlb olunan işcilərlə əmək müqaviləsi bağlanılıb və hərbir işçiyə iş bölgüsünə və vəzifəsinə görə əmək haqqı müəyyən edilir.Amma maraqlısı budur ki, misal 700 AZN aylıq əməkhaqqısı olan işçiyə rəsmi olaraq 300 manat verilir.Amma əlavə olaraq 400 AZN "Paket”arasında təqdim edilirmiş.
Yəni 700 AZN rəsmi olaraq göstərilmir və bunun əvəzinə 300 AZN rəsmi olaraq sənədləşmədə öz əksini tapır.Bu da şirkətin Eldar Mahmudov vasitəsi ilə vergidən yayınması deməkdi.Təkcə vergidən deyil,eyni zamanda digər sosial ödənişlər zamanı saxtakarlıqlara gedilməsidir.
Adını açıqlamaqdan imtina edən "6-cı Mərtəbə” şirkətinin əməkdaşı olduğun qeyd edən mənbənin sözlərinə görə,şirkət əgər işçilərin aylıq əmək haqların 700 AZN-ni rəsmi olaraq qeyd etmiş olsaydı,o zaman küllü miqdarda vergi və digər sosial ödənişləri yerinə yetirməli idi.Amma şirkət Eldar Mahmudova arxalanaraq bu rəqəmin yalnız 300 AZN-nin rəsimiləşdirirb.
Mənbə onu da qeyd edib ki,nazirliyin həyətində tikinti işləri gedən zaman Eldar Mahmudov dəfələrlə tikintiyə baş çəkirmiş və arada fəhlələrlə birlikdə çay da içirmiş.
Maraqlısı bu dur ki, Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən sonra,onun vəzifədə olduğu dövürdə həyata keçirilən tikinti işləri və digər dövlət sifarişləri ilə bağlı hansısa yoxlamalar aparılmayıb.Yəqin ki, DTK-nin rəhbərliyi Eldar Mahmudov dönəmində görülən işlərlə bağlı da bir araşdırmalara star verəcək və onun dövründə həyata keçirilmiş tikinti işlərinə sərf edilən milyonlarla vəsaitin necə xərcləndiyin üzə çıxara biləcəklər.
Mənbə: xalqxeber.az
Digər xəbərlər
loading...