Bakıda sərnişin avtobusda ölüb
APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1945-ci il təvəllüdlü İsmayıl Bayram oğlu Babayev 183 saylı xətt avtobusunda qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...