Gürcüstanın sabiq baş naziri Georgi Kvirikaşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sıralarını tərk edib
Partiyanın rəsmi saytında Siyasi şura üzvlərinin yeni siyahısı yerləşdirilib. Siyahıda partiyanın mayın 11-də keçirilmiş qurultayında Siyasi şuraya seçilmiş 15 nəfərdən 14-nün adı var.
Sabiq baş nazir Georgi Kvirikaşvilinin adı siyahıdan çıxarılıb.
Siyasi Şuranın üzvü Tamar Çuqoşvili bildirib ki, partiyanın rəhbər strukturunda yeni baş nazir Mamuka Baxtadze yer alacaq.
Partiyanın üzvü, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev “Report”a açıqlamasında deyib ki, partiyanın Siyasi şurasından və üzvlüyündən çıxarılmasını G.Kvirikaşvili özü xahiş edib/Report.
Xatırladaq ki, Kvirikaşvili iki ay əvvəl baş nazir vəzifəsindən istefa verib. Gürcü ekspertlər onun hakim partiyanın lideri və gürcü iqtidarının “xaç atası” olduğu deyilən Bidzina İvanişvilinin təzyiqi ilə postunda getdiyini deyir.
Onu da yada salaq ki, ki, milyarder İvanişvili vaxtı ilə Saakaşvilini “devirərək” Gürcüstanın baş naziri olub. Lakin o, hakimiyyəti öz nəzarətinə aldıqdan sonra bu postdan könüllü gedib. Bundan sonra o, yaratdığı partiyadan da getdiyi bəyan eləsə də, pərdəarxasında Gürcüstan iqtidarını yönləndirdiyi sirr deyil.
Maraqlıdır ki, İvanişvili bu ilin may ayının 11-də yenidən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri seçilib. Seçildikdən dərhal sonra isə ölkəsindəki xarici ölkə səfirləri ilə prezident, baş nazir və digər rəsmilərin iştirakı olmadan otellərin birində məxfi görüş də keçirib. Bu gündək onun həmin görüşü niyə təşkil etməsi haqda informasiya verilmir. (strateq.az)
Digər xəbərlər
loading...