"Paralel dövlət" terror təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən təşkilatın üzvlərinə və rəhbər şəxslərinə Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı yeni “savaşın” təlimatlarını verib
Oxu.az xəbər verir ki, iyunun sonlarında 18 ölkədə FETÖ qruplaşmasının rəhbər üzvləri gizli toplantılar keçirərək, liderlərinin onlara verdiyi yeni təlimatları müzakirə ediblər. Fətullah Gülənin Pensilvaniyada keçirdiyi yığıncağa isə təşkilatın idarəçiliyində iştirak edən 33 nəfər qatılıb.
Türkiyə kəşfiyyatına işləyən mənbələrdən alınan məlumatlara əsasən, bütün toplantılarda Gülənin göndərdiyi təlimatlar oxunub və müvafiq planlar üzərində müzakirə aparılılb. Həmin təlimatlar isə aşağıdakılardır:
- Yerləşdiyiniz ölkələrdə kamuflyaj olun və özünüzü cəmiyyətə qəbul etdirmək üçün həmin ölkələrin vətəndaşları ilə ailə qurun;
- Yaşadığınız ölkələrdəki sahibkarların Türkiyəyə investisiya yatırmasına mane olun və bizdən göndərilən bütün sərmayələri dayandırın;
- FETÖ-yə yeni üzvlər tapmağa çalışın və tələbələrimizi ölkənin mövqeyinə uyğun inandırmağa çalışın;
- Üzvlərimiz çox diqqətli olsunlar. Dövlət orqanlarından uzaq gəzsinlər;
- Bir ölkədən digərinə keçən üzvlərimizə hər cür kömək göstərin;
Fətullah Gülən, həmçinin 24 iyun seçkilərindən sonra Türkiyədə prezidentin bütün gücü əlində cəmləşdirəcəyi və “Hizmet” hərəkatına təzyiq edəcəyinə dair xəbərdarlıq edərək, FETÖ üzvlərindən daha diqqətli olmaları və birlikdə, nizamlı şəkildə hərəkət etmələrini tələb edib.
Digər xəbərlər
loading...