Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişən zabitimiz, kapitan Nəcməddin Savalanovun illər əvvəl çəkilmiş videogörüntüləri yayılıb.
"Milli Yol" azvision.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə paylaşılan videoda şəhid kapitanın toy məclisində meyxana dediyi əks olunub.
Toy məclisində hərbçilər də iştirak edirlər. Həmçinin onların arasında şəhid polkovnik-leytenantRaquf Orucovda var.
Qeyd edək ki, "İgidliyə görə" medalı ilə təltif edilən şəhid zabitimiz doğulduğu İmişli rayonunun Göbəktala kəndində dəfn olunub.
"Milli Yol"
Digər xəbərlər
loading...