Şöbə müdiri dövlətdən oğurladığı pulların izini itirmək üçün özünə yeni mənzillər və torpaq sahələri alır
Anar Vəliyev Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimləri Zaur Allahyarov və Müşfıq Həsənovə əlbir olaraq saxtakarlıqla məşğuldur.
Cənab nazir Sahil Babayevin nəzərinə çatdırıq ki, Anar Vəliyev hazırda Beyləqanda sosial yardım alanlara qoyduğu “haqq”ı artırıb. Belə ki, sosial yardım alanlar 6 aylığın Aanar Vəliyevin adamlarına verməlidirlər. DSMF-nin Beyləqan şöbəsinin müdiri sosial almaq istəyənlərə açıq şəkildə deyir ki, yeni nazir təyin edilib nazirlikdə böyük dəyişiklilər olub və hesab kitabın qiyməti artıb. Anar Vəliyevin bu deyimindən belə çıxır ki, Sahil Babayev eks sələfi Səlim Müslümov kimi korrupsiyaya qurşanıb. İdarə müdiri qiymətin qalxmasını dilinə gətirməklə nazirlikdə korrupsiyanın dahada böyük füsət aldığına işarə vurur.
Azerinfo.az -saytının Beyləqan rayonunda apardığı araşdırmada məlum olub ki, Anar Vəliyev keçmiş nazir Səlim Müslümovun vaxtında olduğu kimi yenədə əməllərindən qalmır. DSMF müdiri qardaşının həyat yoldaşı 37 saylı TSEK müdiri Leylan Nəsrovla birləşərək Füzuli və Beyləqan rayonlarında rüşvətlə əlillik dərəcəsi verirlər. Bu məsələdə Anar Leylan cütlüyünün əsas işlərini ortada fəaliyyət göstərən maklerlərdi. Məhz bu maklerlərin sayəsində rüşvət verəib əlillik dərəcəsi alanlar Anar Vəliyevi yada Leylan Nəsirovla hər hansı bir ünsiyyətdə olmurlar. Rüşvət Anar Vəliyevə maklerlər tərəfindən gətirilir. Apardığımız araşdırmada məlum oldu ki, Anar Vəliyev Beyləqan rayonunda yüzlərlə şəxsin pensiyasını artıraraq onların yüksək vəsait almalarını təmin edib. Bu şəxslər arasında keçmiş məmurlar olmaqla bərabər Anar Vəliyevlə əsas maxinasiya üzrə müavini Xaqani Hüseynovun yaxın adamları, dostları tanışları var. Bu qohumlar, tanışlar, yaxınlar isə yüksək məbləğdə pensiya almaq üçün adı çəkilən şəxslərə böyük rüşvətlər veriblər. Məlumata görə Anar Vəliyev Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimləri Zaur Allahyarov və Müşfıq Həsənovə əlbir olaraq vətəndaşlara saxta staj yazmaqla məşğuldur. İdarə müdiri saxta staj üçün əldə etdiyi rüşvətin bir hissəsini məhz adı çəkilən hakimlərə bir hissəsini isə nazirliyə verdiyini bildirir. Beyləqan DSMF-dəki mənbəmiz iddia edir ki, Anar Vəliyev il ərzində adı çəkilən hakimlərə ən azı 30-40 min manat rüşvət verir. Məhz bu hakimlərin səyi nəticəsində yüzlərlə şəxs saxta iş stajına sahib olaraq pensiya almaqla dövlətə külli miqdarda maddi ziyan vururlar.
Bir vaxtlar Əjdər Cəbiyevə dayanmadan rüşvət daşıyan Anar Vəliyev indidə nazirlikdə özünə yeni HİMAYƏDAR tapıb. Beyləqan rayonunda apardığımız araşıdırmada məlum oldu ki, Anar Vəliyev qardaşının adına hektarı 2 min manatdan 50 ha torpaq sahəsi alıb. Maraqlıdır DSMF müdiri olmaya dövlətin pulları oğurlarıb aradan çıxmaq istəyir?
Məlumatda qeyd edilirdi ki, Anar Vəliyev hazırda böyük təsərrüfat qurmaq istəyindədir. Ancaq idarə müdiri hələki sərmayəsini hansısa məhsulların əkilməsinə sərf edir. Bundan başqa Anar Vəliyev Bakı şəhərində özünə yeni bir 3 otaqlı mənzildə alıb ki, yəqin hörmətli Sahil Babayev bunun cavabını işçisindən soruşar. Çünki əmək haqqısı 500-600 manat arasında dəyişən idarə müdirinin Bakı şəhərində 2 evi hansı vəsaitlə alması maraqlıdır. Bildirək ki. DSMF müdiri Anar Vəliyevin oğlu hazırda Bakı şəhərində fəaliyyət göstərən İstək Liseyində təhsil alır.Adı çəkilən liseyin illik xərci isə 12 min manatdır. Yəni DSMF müdiri hər ay oğlunun təhsil köçürtməsinə 1000 (min) manat, yəni əmək haqqısından 2 dəfə çox pul köçürdür. Hələ bundan başqa Anar Vəliyevin katibəsi Gülşən Quliyevaya ayda nə qədər xərc çəkdiyini qeyd eləmirik.
Bildirək ki, növbəti sayımızda Anar Vəliyevin sayəsində ən yüksək pensiya alan şəxslərin siyahısını dərc etməyə açlışacağıq. Bu siyahıda ilk növbədə DSFM müdirinin kəndçisi, Dünyamallar kənd Bələdiyyə sədri Sahib Cəfərovunda durduğunu qeyd edə bilərik.
Digər xəbərlər
loading...