Nazirlikdən xəbərdarlıq
Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək.
Bunu Report-a açıqlamasında ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra iyul ayının 5-dən 6-a keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb və şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır: “Bu proses nəticəsində havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək”.
Regionlarda olan hava şəraitinə gəlincə, mütəxəssis deyib ki, dağlıq və dağətəyi rayonlarda iyul ayının 6-7-8-də qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimal olunur: “Bəzi rayonlarda qərb küləyinin güclənməsi proqnozlaşdırılır”.
pia.az
Digər xəbərlər
loading...