Vergilər Nazirliyi eyni adamların rəhbərlik etdiyi 61 yeni şirkəti dövlət qeydiyyatına alıb
“Report” xəbər verir ki, bu barədə nazirliyin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Cədvəldən göründüyü kimi, həmin şirkətlərin qanuni təmsilçisi 16 nəfərdir. Eyni adamların rəhbərlik etdiyi şirkətlər eyni hüquqi ünvanlarda (həm paytaxt Bakıda, həm də regionlarda), simvolik məbləğdə nizamnamə kapitalı (2-20 manat) ilə, MMC formasında qeydiyyatdan keçiblər. Onların hansı məqsədlə yaradıldığı hələ ki, məlum deyil.
“AzPolitika.info” xatırladır ki, eyni adamlar tərəfindən coxlu sayda şirkət adətən kiorrupsiya və “otkat” əməliyyatları üçün yaradılır. Görünür, yeni “otkat” əməliyyatlarına hazırlıq gedir.
Maraqlısı budur ki, bunu hamı bildiyi halda heç bir tədbir görülmür. Talançılığa hazırlığın getdiyini açıq şəkildə ortada olduğu halda , göz yumulur…
Digər xəbərlər
loading...