Biz artıq Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsinin cizgilərini görürük
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel bəyan edib.
“Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsi mümkündür. Belə bir ssenari Vaşinqtonla rüsumlarla bağlı münaqişənin ağırlaşması nəticəsində gerçəkləşə bilər. Avropadan idxal edilən avtomobillərə əlavə gömrük vergisinin tətbiqi müzakirələri daha da sərtləşdirə bilər. Biz artıq ticarət müharibəsinin cizgilərini görürük”, deyə A.Merkel qeyd edib.
Merkel həmçinin mümkün münaqişədən çəkinməyə, bunun üçün tərəfləri iradə nümayiş etdirməyə çağırıb.
Digər xəbərlər
loading...