Türkiyənin tənqid ediləcək tərəfləri var, lakin buna rəğmən suriyalı qaçqınlarla bağlı gördükləri işlər böyük təqdirə layiqdir
AzVision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bu gün Bundestaqdakı (Almaniya parlamenti) büdcə müzakirələri ilə bağlı çıxışında deyib.
Merkel bu günlərdə Avropa İttifaqı Şurası sammiti çərçivəsində üzv ölkələrin miqrantların qəbulu ilə bağlı aparılan çətin danışıqlarına, həmçinin qaçqınların saxlanılması üçün Türkiyəyə əlavə 3 milyard avro yardım edilməsinə dair əldə olunan razılığa toxunub. “Nəticədə, əslində Türkiyəyə deyil, Türkiyənin qəbul etdiyi 3 milyon 900 min qaçqına sərf olunacaq ikinci 3 milyard avroluq maliyyə yardımı məsələsinə dair söhbət etdik. Və bu ikinci yardım paketini də qəbul etdik. Türkiyə tənqid oluna bilər, amma Türkiyənin suriyalı qaçqınlar üçün etdikləri çox böyük bir fayda və təqdirə layiqdir”, - deyə Merkel bildirib.
Həmçinin əlavə edib ki, Almaniyanın və bütün Avropanın gələcəyi üçün miqrant məsələsi beynəlxalq hüquqa uyğun olaraq, həmrəylik şəraitində və real planlarla həll edilməlidir. Merkel onu da vurğulayıb ki, Avropa İttifaqı ölkələrinin xarici sərhədlərinin qorunması olduqca vacibdir və bu məsələ ilə əlaqədar Avstriya, Yunanıstan və İtaliya ilə danışıqlar aparılır.
Digər xəbərlər
loading...