Sumqayıt şəhərində yaşayan Namiq Ağamir oğlu Əhmədov bir vaxtlar işlədiyi "Nurvin ST" şirkətindən ona verilməli olan əmək haqqını 5 ilə yaxındır ala bilmir. Bu barədə qanynarinfo.az-a daxil olan şikayət məktubunda bildirilir.
Öz haqqını hüquq müstəvisində həll etmək etmək istəyən Sumqayıt vətəndaşı müxtəlik məhkəmə instansiyalarına üz tutmalı olub. Nəhayət, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2014-cü il tarixli qərarı ilə “Nurvin ST” şirkətindən 2011-ci ilin 10-cu, 11-ci, 12-ci ayları və 2012-ci ilin ilk 10 ayı üçün hər ay 550 manat hesabı ilə cəmi 7150 manat ödənilməmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə 1950 manat kompensasiya və əmək haqqının gecikdirilməsi ilə bağlı 500 manat ödənc (ümumilikdə 9600 manat) tutularaq Namiq Əhmədova ödənilməsinə hökm edib.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi 2014-cü ildən icraya yönəlməsinə baxmayaraq, bu günədək icra edilmir. Şikayətçi Namiq Əhmədov bildirir ki, Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən qərarın icrası qəsdən yubadılır. Nəsimi rayon icra şöbəsinin icra məmuru Elnur Priyev müxtəlif bahənələrlə məhkəmə aktının icrasından yayınır, “Nurvin ST” şirkətinin xeyrinə təqdimatlar yazır. Namiq Əhmədov bunun səbəbini Elnur Piriyevə rüşvət verməməyində görür.
Bakı Apellyasiya Məhkəməsinin icraya yönəlmiş sənədinin icrasının yubadıldığını görən Namiq Əhmədov prezident İlham Əliyevə, İnsan Hüquqları üzrə müvəkkil - ombudsman Elmira Süleymanovaya, ədliyyə naziri Fikrət Məmmədova məktubla müraciət etməli olub. Yalnız bundan sonra Nəsimi rayon məhkəməsinin tarixli qərardadına əsasən “Nurvin ST” şirkətinin mülkiyyətində olan daha iki əmlakın - “Nefaz 9334 01” markalı, 10-ZD-080 dövlət qeydiyyat nişanlı yarımqoşqunun və “Kamaz-54115 010 13” yük markalı, 90-JB-246 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulub. Onların qiymətləndirlməsi üçün “Sərraf-N” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilib.
Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - Baş icra məmuru vəzifəsini icra edən Nurəddin Mustafayevin imzası ilə Namiq Əhmədova göndərilən 20 iyun 2016-cı il tarixli məktubda yazılır: “Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən həyata keçirilmiş icra tədbirləri nəticəsində borclu şirkətin mülkiyyətində aşkar edilmiş 5 növ daşınar əmlakın üzərinə Nəsimi Rayon Məhkəməsinin müvafiq rərardadları ilə həbs qoyulmuşdur. Bundan sonra həmin əmlakın qiymətləndirilməsi məqsədilə icra məmuru tərəfindən 31.05.2016-cı ildə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək “Sərraf-N” MMC-yə göndərilmişdir".
Namiq Əhmədov isə iddia edir ki, 5 növ daşınan əmlaka həbs qoyulsa da, onların indiyəcən satılmaması, fevralda həbs qoyulmuş iki əmlakın yalnız 4 aydan sonra qiymətləndirilməyə göndərilməsi süründürməçiliyi, icranın qəsdən yubadılmasını bir daha təsdiq edir. Qərarların kağız üzərində qalması vətəndaşla dövlət arasında bilərəkdən narazılığın yaranmasına xidmət edir. Namiq Əhmədov Elnur Priyevin hərəkətlərini referendum ərəfəsində təxribat kimi dəyərləndirir. O deyir ki, yaxın vaxtlarda onun şikayəti təmin olunmasa hüquqlarının pozulması barədə Beynəlxalq insan hüquqları təşkilatlarına müraciət etməli olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...