Prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevirdəki “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyası yaradılıb
Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə ölkə başçısına məlumat verməlidir.
Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.
Modern.az-ın məlumatına görə, Dövlət Komissiyasının tərkibinə daxil vəzifəli şəxslər bu gün səhər hadisə yerinə gediblər.
“Komissiyanın üzvləri hazırda Mingəçevirdə qəzanın baş vermə səbəblərini müəyyən etmək istiqamətində işləyirlər. Nəticələrin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçiriləcək, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verəcəklər”,-deyə hökumətdən bildirilib.
“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxildir:
Komissiyanın sədri
Baş nazirinin birinci müavini Yaqub Eyyubov
Komissiya sədrinin müavini
Energetika naziri Pərviz Şahbazov
Komissiyanın üzvləri
Daxili işlər naziri Ramil Usubov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Baş prokuror Zakir Qaralov
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev
“Azərişıq” ASC-nin sədri Baba Rzayev
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov
Fizika İnstitutunun direktoru Nazim Məmmədov
Digər xəbərlər
loading...