"Bu klubdan iki həftə əvvəl təklif aldım. Bu, özüm və ailəm üçün maraqlı gəldi və "yox" deyə bilmədim"
"Report" xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda Qazaxıstanın "Astana" klubuna transferini şərh edərkən deyib. Braziliya əsilli yarımmüdafiəçi bu komandaya Çempionlar Liqasında iştirak etmək və Qazaxıstan çempionu olmaq üçün keçdiyini bildirib.
O deyib ki, "Qarabağ"dan ayrıldıqdan sonra həqiqətən də bir çox klubdan təklif alıb. 29 yaşlı oyunçu sonda özü, ailəsi və menecerinin Qazaxıstana gedərək, "Astana"da çıxış etməyə qərar verdiklərini vurğulayıb.
Almeyda hədəflərindən də danışıb: "Artıq Çempionlar Liqasının qrup mərhələsində oynamışam. "Astana" ilə də yenidən bu turnirin əsas mərhələsində çıxş etmək istəyirəm. Bunun çətin olduğunu bilirəm. Çünki biz Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacağıq. Komandamın qrup mərhələsinə vəsiqə qazanması və Qazaxıstan çempionu olması üçün əlimdən gələn köməyi etməyə və maksimumumu ortaya qoymağa çalışacağam".
Qeyd edək ki, hazırda "Astana"ya "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk rəhbərlik edir.
Digər xəbərlər
loading...