Çində kütləvi informasiya vasitələrinə ABŞ Prezidenti Donald Trampı kəskin tənqid etməmək tapşırılıb
Rusiya mətbuatı yazır ki, bu barədə KİV-lərə Çin hökumətinin təlimatı ünvanlanıb.
Qeyd olunur ki, mətbuat orqanlarına ABŞ-la Çin arasında başlamış “ticarət müharibəsi” barədə şərhlər vermək və D.Trampın “sərt fikirlərini” yaymaq da qadağan edilib.
Xatırladaq ki, Donald Tramp bir müddət əvvəl Çindən olunan idxala rüsumların 25 faiz artırılması barədə qərar vermişdi. Bu addım iki ölkə arasında “ticarət müharibəsi”nin başlanğıcı hesab olunmuşdu.
Digər xəbərlər
loading...