Dünən silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin vəziyyətilə bağlı suallar açıq qalır
Başçının sağlıq durumu ilə bağlı bir xeyli ziddiyyətli məlumatlar verilir. Rəsmi şəxslər və qurumlar yaralansa da, onun həyatı üçün təhlükə olmadığını bildirirlər, qeyri-rəsmi mənbələr isə E.Vəliyevin başından və qarın boşluğundan güllə yaraları aldığını, vəziyyətinin ağır olduğunu deyirlər. REAL-TV-nin rəhbəri Mirşahin isə hətta Elmar Vəliyevlə danışdığını, onun narahatçılığa əsas olmadığını dediyini də iddia edib.
E.Vəliyevin hansı motivlə hücuma məruz qaldığı da naməlumdur. Bildirilir ki, Rusiya vətəndaşı olan Yunis Səfərov başçını güllələyəcəyi haqda onun özünə xəbərdarlıq edibmiş. Lakin onların arasındakı gərginliyin səbəbi bilinmir.
Bu arada Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də Elmar Vəliyevin bir güllə yarası aldığını və vəziyyətinin ağır olduğunu bildirib. Partiya sədri bununla bağlı Feysbukda yazır: “Məlumat qıtlığı çox pis şeydir. Hökumət susur. Bu qədər hadisələr qarşılığında rəsmi mövqe yoxdur. Aldığım məlumatları bölüşüm: 3 güllədən biri Elmar Vəliyevə, 2-si cangüdənə dəyib. Başçı Gəncə Mərkəzi Klinikasında əməliyyat olunub. Vəziyyəti orta ağırdır. Cangüdənin vəziyyəti daha pisdir”.(azpolitika.info)
Digər xəbərlər
loading...