“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində, bölgədə sülh və sabitliyin təmin olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın roluna çox yüksək qiymət veririk”
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu fikirlər ölkənin baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda əksini tapıb.
Baş nazir ABŞ-ın Ermənistana demokratiya, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, insan haqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik sisteminin gücləndirliməsi və başqa sahələrdə göstərdiyi yardıma görə təşəkkür edib.
Digər xəbərlər
loading...