Baş nazir Novruz Məmmədov havaların kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, 2018-ci il 4, 5, 6, 7 iyul tarixlərindən hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyət orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə, təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin ikinci hissəsinin və həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət etməsini təmin etsinlər.
Əmək Məcəlləsinin 233-cü maddəsinin ikinci hissəsinə əsasən, İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
Əmək Məcəlləsinə 2 nömrəli əlavənin 1-ci hissəsində qeyd edilir ki, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.
Digər xəbərlər
loading...