Ermənistanın sabiq prezidenti Robert Köçəryan 1 mart hadisələrinə görə sorğulara cavab verməkdən ötrü istintaqa cəlb olunub
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Xüsusi istintaq komitəsinin rəisi Sasun Xaçatryan bunu Ermənistan hökumətinin iclasından sonra jurnalistlərə təsdiqləyib.
“Əgər lazım gələrsə, 1 mart hadisələrinə görə məni də, Köçəryanı da, Paşinyanı da sorğu-suala çəkəcəklər” - deyə Xaçatryan əlavə edib. Onun sözlərinə görə, istintaqa dəvət olunanların keçmişdə, yaxud indi hansı vəzifə tutmalarının əhəmiyyəti yoxdur.
Komitə rəhbəri xatırladıb ki, bundan əvvəl sabiq müdafiə naziri Mikael Arutyunyan məlum hadisələrə görə təqsirkar sayılıb və onunla bağlı axtarış elan edilib. Həmin dövrdə Baş Qərargahın rəisi vəzifəsini icra edən Seyran Ohanyanın istintaqa cəlb olunmamasının səbəbinə gəldikdə, o, bildirib ki, istintaq sirlərini yaymaq istəmir.
Sasun Xaçatryan əlavə edib ki, R.Köçəryan hələlik ancaq şahid qismində çağırılıb və təqsirkar deyil. O da qeyd olunur ki, 2008-ci ilin 1 martında 10 nəfərin ölümündə rol oynamış şəxslərlə bağlı araşdırmalar aparılır. Eyni zamanda yüksək vəzifəli məmurların mühafizəçilərinin polis forması geyinərək etirazçıların dağıdılmasında iştirakı versiyası araşdırılır.
Digər xəbərlər
loading...