Amerikanın Missuri ştatının Sent-Luis şəhərində yaşayış rayonlarının birində naməlum şəxs avtomobilin içindən tüfəngdən atəş açıb və nəticədə 1 nəfər yerində həlak olub
Bu barədə "Report" Associated Press agentliyinə istinadən xəbər verir.
Belə ki, hadisə axşam saatlarında şəhərin şimal hissəsində baş verib. Atışma zamanı 5 nəfər - 2 kişi və 3 qadın yaralanıb. Kişilər ağır xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.
Atəş açan yolsuzluq avtomaşınında olub və hadisə yerindən tezliklə aralanıb.
Polis cinayətkarın yaxalanması üçün tədbirlər görür.
Digər xəbərlər
loading...