Qazaxıstanın "Astana" klubu Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda ilə müqavilə bağlayıb
Bu barədə klubun rəsmi saytında bildirilir. Lakin mərkəz yarımmüdafiəçi ilə müqavilənin müddət və detalları açıqlanmır. O, yeni klubuna azad agent qismində keçib.
"Astana"nın baş məşqçisi "Qəbələ"dən ayrılan Roman Qriqorçukdur.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən "Qarabağ" formasını geyinib. O, 2017-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edərək, milli komandada debüt edib. O, indiyədək yığmanın heyətində 8 oyuna çıxıb. Almeydanın "Qarabağ"la 2017-2018 mövsümünün sonunda başa çatan müqaviləsi uzadılmayıb. (Report)
Digər xəbərlər
loading...