Xəbər verdiyimiz kimi, Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur. Xüsusilə də, “20 Yanvar”, “Koroğlu” və “Neftçilər” metrostansiyalarının yaxınlığındakı avtobus dayanacaqlarında böyük izdiham yaranıb
“Qafqazinfo”nun əməkdaşları da həmin ərazidə olub və vəziyyətlə maraqlanıb. Məlum olub ki, avtobuslar gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsinə baxmayaraq sərnişinlər gedəcəkləri ünvana çatmaqda çətinlik çəkirlər. Sıxlıq yarandığından xeyli insan işə, imtahana gecikib. Avtobusların azlığı sıxlığın daha da böyüməsinə səbəb olub.
Üstəlik sərnişinlər qeyd edir ki, rəsmi şəkildə elan edilməsinə baxmayaraq, bəzi avtobus sürücüləri sərnişinlərdən gediş haqqı tələb edirlər. Bundan əlavə, işə taksi ilə getmək istəyən vətəndaşlar da fantastik qiymətlə qarşılaşıblar. Belə ki, sürücülər 1 nəfərə 5 manat ödəniş müqabilində sərnişinləri metro ətrafına çatdırıb.
Səhər saatlarında Koroğlu Mübadilə Mərkəzindən hazırladığımız videoreportajı təqdim edirik:
Digər xəbərlər
loading...