Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub
Bu barədə Trend-ə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Qurum rəsmisi bildirib ki, sutəmizləyici qurğular tam gücü ilə fəaliyyətini bərpa edib: "Artıq vəziyyət stabilləşib. Həm Kür, həm Ceyranbatan, həm də Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə tam həcmdə su gəlir. Bu gün səhər saatlarından əksər ərazilərə suyun verilişini təmin etmişik. Yasamal, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Suraxanı, Sabunçu və Binəqədi rayonlarında hətta yüksəkmərtəbəli binalara da suyun verilməsi təmin edilib. Ola bilər ki, qismən təzyiq az olar, bəzi yerlərdə yuxarı mərtəbələrə su qalxmaya və bir neçə evdə lokal problem yarana bilər. Amma biz suyun verilməsində artıq stabillik əldə etmişik və günün ikinci yarısına tam stabillik əldə olunacaq. Rejimlə tam su verilməsini isə sabaha planlaşdırırıq. Yəni, həm anbarlara suyun tam həcmdə doldurulması, həm də lazımi təzyiqlərin alınması sabah mümkün olacaq. Sabah artıq əhali fasiləsiz su ilə təmin olunacaq".
A.Cəbrayıllı bildirib ki, dünənə nisbətən bu gün suyun təchizatı xeyli yaxşılaşıb: "Dünən su ilə təmin olunmayan əksər abonentlər də bu gün su alıb. Artıq ehtiyat tədbirləri də görülür. Bütün anbarlar doldurulur ki, axşam vaxtlarında Yeni Günəşli, Köhnə Günəşli qəsəbələri, Xətai, Sabunçu və Binəqədinin su almayan ərazilərini su ilə təmin edək".
Digər xəbərlər
loading...