“Ötən gün təcili tibbi yardım xidmətinə 2133 müraciət daxil olub”
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib: “Müraciət edənlərdən 220-si xəstəxanaya yerləşdirilib.
Bu müraciətlərdən 10 nəfəri günvurmaya aid olub və onlardan 9-u xəstəxanaya yerləşdirilib. Ümumilikdə isə mövsüm girəndən indiyə kimi təcili tibbi yardıma günvurma diaqnozu ilə 62 müraciət daxil olub, onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib. Bu şəxslərdən 46-sı kişi, 12-si qadın, 4-ü uşaq olub”.
S.Əhmədova həmçinin məlumat verib ki, bu mövsüm başlayandan ilan sancmaları ilə bağlı 17 nəfər təcili tibbi yardıma müraciət edib.
Digər xəbərlər
loading...