Təcili və təxirəsalınmaz tibbi yardım xidməti bir neçə gündür gücləndirilmiş iş rejiminə keçib
Ümumilikdə ötən gün metropolitendə qalan sərnişinlərdən 19 nəfəri halının pisləşməsi ilə bağlı təcili tibbi yardıma müraciət edib.
Bu məlumatı Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.
Onların əksəriyyətinə yerində yardım edilib və evə buraxılıb. 6 nəfər isə xəstəxanalara yerləşdirilib: "Onların arasında həyati təhlükəsi olan yoxdur, sadəcə olaraq profilaktik məqsədlərə görə xəstəxanaya yerləşdiriliblər”.
Digər xəbərlər
loading...