Əvvəlcədən məlumat verildiyi kimi, iyulun 3-ü, saat 19 radələrindən etibarən Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir
“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar, daşıyıcılara müəyyən göstərişlər verilib. Həmçinin, qəti şəkildə daşıyıcılara tapşırılıb ki, xüsusi rejim davam etdiyi müddətdə sərnişindaşıma ödənişsiz həyata keçirilsin.
“Bildiririk ki, bu və xüsusi rejimlə bağlı digər tapşırıqları yerinə yetirməyən, sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək. Bununla bağlı sosial şəbəkələrdən və KİV-dən daxil olan bütün müraciətlər qeydə alınır və vəziyyət normallaşdıqdan sonra zəruri tədbirlərin görülməsi təmin ediləcək”, – deyə məlumatda qeyd olunub.
Digər xəbərlər
loading...