Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
“Report”un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosedə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında E.Əhmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, E.Əhmədov vətəndaşların etibarından sui-istifadə edərək, 5 nəfərə qarşı dələduzluq edib. O, həmin vətəndaşları dövlət orqanlarında işə düzəldəcəyi vədini verərək, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra E.Əhmədov verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayətləri əsasında həbs edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, E.Əhmədov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. Sonralar isə nazirlikdən xaric edilib.
Digər xəbərlər
loading...