Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi məqsədilə maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində keçirilən tədbirlər uğurla başa çatıb
Layihənin əsas məqsədi peşə təhsili müəssisələrində təhsil alan və məzun olan gənclərimizə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və öz biznes layihələrini həyata keçirmək üçün biznesin təşkili və inkişafı sahəsində məlumatlandırma işini təşkil etmək, onların davamlı fəaliyyəti üçün effektiv təcrübənin təşviq edilməsinə yardım göstərməkdən ibarət olub.
23-25.06.2018-ci il tarixlərində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin geniş zalında təşkil olunmuş yarış-sərgidə Bakı şəhərində fəaliyyət göstərən peşə təhsili müəssisələrində (əl elektrik qaynaqçısı, dərzi, bərbər-vizajist, ağac nəqqaşı, aşpaz, qənnadçı-şirniyyatçı ixtisasları üzrə) təhsil alan gənclərdən ibarət komandalar iştirak ediblər. Onlar öz əl işlərini ictimaiyyət və münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Üç gün ərzində keçirilən yarışda qalib olan komandalar 3 yer üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Belə ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 1-ci yerə, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2-ci yerə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi isə 3-cü yerə layiq görülüb. Qalib komandalara kubok və diplomlar təqdim olunub. Digər komandalar isə təşəkkürnamə və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə iş şöbəsinin müdir müavini Nigar İsmayılzadə, Peşə Təhsili Mərkəzlərinin tələbələri ilə birgə müəllim və istehsalat-təlim ustaları, müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər.
Sonda birliyin rəhbəri Kəmalə Məmmədli və layihə rəhbəri Nailə İsmayılova donora, yarış iştirakçılarına və qonaqlara öz təşəkkürlərini bildiriblər.
Digər xəbərlər
loading...