Nüvə razılaşmasını qorumaq mümkün olacaqmı?
İran və 2015-ci ildə onunla nüvə sazişi razılaşmasında iştirak edən 5 aparıcı dünya ölkəsinin xarici işlər nazirləri iyulun 6-da Vyanada bir araya gələcəklər.
İran mətbuatının yaydığı məlumata görə, onlar ABŞ-ın bu razılaşmadan çıxmasından sonra sazişin qorunması yollarını müzakirə edəcəklər.
Böyük Britaniya, Fransa, Almaniya,Çin və Rusiya hə də bu sazişə sadiq qaldıqlarını bildirirlər. Görüşdə əsasən razılaşmanın qorunub saxlanması ilə bağlı “Avropanın təklif etdiyi tədbirlər paketi” müzakirə olunacaq.
Qeyd edək ki, bu İran prezidenti Həsən Ruhaninin İsveçrəyə səfəri fonunda baş verir. Ruhani İsveçrədən qonşu Avstriyaya yollanacaq. İran prezidenti Avropa ölkələrinin bu tədbirlər paketini qəbul edəcəklərinə ümidlə yanaşdığını bildirib.
Prezident Donald Tramp bu ilin mayında ABŞ-ın İranla nüvə sazişindən çıxdığını və ona qarşı sanksiyaların bərpa ediləcəyini bəyan elədi.
Bundan sonra İran valyutası sürətlə dəyərdən düşməyə başlayıb. İranla nüvə sazişindən sonra ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb. Amma Avropa ölkələri sazişə əməl edəcəklərini bəyan ediblər.
İran nüvə sazişi və sanksiyaların qaldırılması əvəzində özünün nüvə proqramını dondurub.(Azadlıq radiosu)
Digər xəbərlər
loading...