“Mingəçevirdəki “Azərbaycan” İES-in 2 enerji bloku artıq işə salınıb”
Bunu “Report”a açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, son nəticədə ölkə üzrə enerji təchizatı 94-96% civarındadır.
“Qəza baş verdikdən dərhal sonra Rusiya elekrtrik şəbəkəsi ilə paralel işləməyə başladıq. Axşam saat 9:00-a qədər “Azərbaycan” İES-in daha 2 enerji bloku işə düşəcək. Bununla da fəaliyyət göstərəcək blokların sayı 4-ə çatdırılaraq, ölkə üzrə enerji təchiatı 100% olacaq. Ehtimal olunur ki, 3 və 4-cü blokun işə düşməsindən sonra Rusiyada elektrik enejisi alınması dayandırılsın“, – deyə o, qeyd edib.
Digər xəbərlər
loading...