İyulun 13-də Günəş tutulması (qismən tutulma) baş verəcək
Bu barədə Oxu.Az-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Baş verəcək Günəş tutulması Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edəcək.
Günəş tutulması Bakı vaxtı ilə saat 05:48-dən 08:13-dək davam edəcək. Günəş tutulmasını Azərbaycandan izləmək mümkün olmayacaq.
Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) 15 fevralda baş verib. İkinci tutulma iyulun 13-də, üçüncü tutulma isə 11 avqustda baş verəcək.
Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək.
Digər xəbərlər
loading...