"Aztelekom" MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov cərimə kamerasına ("karser") salınıb. MilliYol.Az Report-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Şahin Rəfiyev bildirib.
Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasda saxlanılan sabiq rəisin cərimə kamerasına salınmasının səbəbi açıqlanmayıb: "Biz Məhəmməd Məmmədovun nə səbəbə görə ora salınmasından xəbərsizik. Təcridxana rəhbərliyi də bu haqda bizə məlumat vermir".
Ş.Rəfiyevin sözlərinə görə, hazırda M.Məmmədovun ibtidai istintaqı yekunlaşıb. Vəkil cinayət işinin matrealı ilə tanış olduqlarını deyib.
Qeyd edək ki, ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində nazirliyin "Aztelekom" MMC-nin baş direktoru M.Məmmədov saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...