Azərbaycan Həvəskarlar Liqasında Masallının "Ümüd" və Lənkəranın "Liman" komandaları arasında keçirilmiş yarımfinal matçında qalmaqal baş verib
MilliYol report-a istinadən xəbər verir ki, 61-ci dəqiqədə "Ümüd"ün futbolçusu Əli Quliyev hakimi təhqir etdiyi üçün meydandan kənarlaşdırılıb. 68-ci dəqiqədə isə bu komandanın digər futbolçuları kütləvi intizamsızlıq göstərərək hakimlər briqadasını təhqir ediblər. Onlar ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd ediblər.
Oyunun bərpası mümkün olmadığından və matç yarımçıq dayandırıldığından, AFFA İntizam Komitəsi tərəfindən "Ümüd"ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə, kluba qarşı daha ağır sanksiya tətbiq ediləcək. Quliyev isə 4 oyunluq cəzalanıb.
Digər xəbərlər
loading...