Ötən gecə İsmayıllı rayonu Topçu kəndində Canpolad Hüseynovun bibisi oğlu Hikmət Feyzullayevi öldürməsinin səbəbi bəlli olub. Kənd sakinlərinin publika.az-a verdiyi məlumata görə, onlar arasında əvvəldən heç bir münaqişə olmayıb:
“Həmin gün kənddə toy idi. Hadisə vaxtı hər ikisi də içkili olub. Hikmət Canpoladın bacılarına söyüb, onların haqqında əxlaqsız ifadələr işlədib. Canpolad bundan əvvəl də 15 il həbsdə olmuş adamdı. Onun sözlərinə dözməyib və bıçaqlayıb. Yanlarında iki nəfər də olub, onlar da saxlanılıb, ifadə verirlər. Öldürdüyü bibisi oğlu isə 8 il həbsdə olub.”.
Sakinlər deyir ki, C.Hüseynov əvvəl oğurluğa görə tutulub, sonra həbsdə adam bıçaqlayıb. Ona görə də həbs müddəti uzadılıb. 2012-ci ildə həbsdən çıxıb.
C.Hüseynovun 3 qızı var, sonbeşiyinin 3 yaşı var. Rəsmi şəkildə boşanmasa da, həbsdən çıxandan bir müddət sonra ailəsində münaqişələr olub. Ona görə də yoldaşı evi tərk edib, atası evinə gedib.
Həm C.Hüseynov, həm də bibisi oğlu işsiz olub, tüfeyli həyat tərzi keçiriblər. Onların narkotik istifadəçisi olduğu deyilir.
MilliYol.Az
Digər xəbərlər
loading...