“Bayıl və “Teleqüllə” sürüşmə sahələrində, habelə “Buxta küçəsi”ndə tərəfimizdən monitorinq işləri davam etdirilib
Sahələrdə quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, Zığda təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
Ə. Qaralov qeyd edib ki, təbii və texnogen amillərin təsirindən Masazır qəsəbəsi “Zəli gölü” adlanan ərazidə sürüşmə və uçqun prosesi aktivləşib, Nübar qəsəbəsində sürüşmə-çökmə sahəsində nisbi aktivlik qeydə alınıb.
Digər xəbərlər
loading...