Qarşımıza qoyulan məqsəd özünüməşğulluq proqramını ən azı 5 dəfə artırmaqdır
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunun açılışında deyib.
Onun sözlərinə görə, azərbaycanlı ailələri bu proqrama maksimum şəkildə çox cəlb edilməlidir: “Bu gün əmək bazarında özəl sektorun mühüm yer tutur. Məşğulluğun təmini ilə bağlı beynəlxalq təcrübələri ölkəmizə gətirməliyik. Çağırışlar daim yenilənir. Bu sahədə yeni proqramlar ortaya qoymalıyıq.
Əmək bazarı dinamik olduğu üçün biz gənc azərbaycanlıları ən çox tələbat duyulan peşələrə yönəltməliyik. Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına inteqrasiyası təmin olunmalıdır. Bu kateqoriyaya ölkəmizdə xüsusi önəm verilir”.
S.Babayev əhalinin səmərəli məşğulluğuna yönəlik tədbirlərin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb.
Nazir bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib: “İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da yeni imkanlar yaradıb”.
Digər sahələrdə olduğu kimi, bu sahədə də BƏT tərəfindən fəal dəstəyin göstərildiyini qeyd edən S.Babayev hazırda başlanan yeni təlim kursunun gənclərin məşğulluğunun təşviqi, bununla bağlı aktiv əmək bazarı siyasətləri üzrə əməkdaşların bilik səviyyəsinin artırılması, eləcə də ayrı-ayrı ölkələrin müvafiq sahədə təcrübələri ilə tanışlıq imkanı qazanmaları, təcrübə və fikir mübadiləsinin aparılması baxımından önəmini diqqətə çatdırıb
Digər xəbərlər
loading...