Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən həkimin məhkəməsi başa çatıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sənan Pənahovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.Pənahov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Sənan Pənahov Şirvan şəhərində stamotoloq-həkim olub.
O, Bakıda olarkən saxlanılıb. Ondan külli miqdarda narkotik vasitə- heroin aşkarlanıb.
Həkim ifadəsində bildirib ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir. O, Gürcüstanda bununla bağlı iki dəfə müalicə aldığını da bildirib. Lakin o narkotiki satış məqsədi ilə deyil öz istifadəsi üçün aldığını deyib
Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilən S.Pənahovun əməli Cinayət Məcəlləsinin 234.1-ci (istifadə məqsədi ilə narkotik vasitə əldə etmə) maddəsini tövsif edilib.
Digər xəbərlər
loading...