ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Ohayo ştatının Klivlend şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb
"Report" Amerika KİV-inə istinadən xəbər verir ki, terror iyulun 4-də - ABŞ-ın Müstəqillik Günündə həyata keçiriləcəkmiş.
Planlaşdırılan terror hadisəsi ilə əlaqədar bir nəfər həbs edilib. O, xaricdə terror təşkilatına dəstək verməkdə ittiham olunur.
Əməliyyatın digər detalları Klivlenddə yerləşən FTB-nin qərargahında keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Digər xəbərlər
loading...