Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ABŞ-da yaşayan böyük oğlu Eduard ailə həyatı qurub
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Eduard Saakaşvili əslən yəhudi ailəsindən olan qızla evlənib. ABŞ-da keçirilən toya gedən Mixail Saakaşvili gənclərin evliliyi ilə bağlı açıqlama verib: “Gəlin çox yaxşı qızdır. Onun hansı millətdən olması önəmli deyil. Onun ailəsi çox yaxşıdır və dostsevərdir”.
Qeyd edək ki, Eduard Saakaşvili keçən il ABŞ-da təhsilini qurtardıqdan sonra Pensilvaniyada radiojurnalist kimi işləməyə başlayıb. Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz anası - əslən holland olan Sandra Rulovsla birgə Tiflisdə yaşayır. Mixail Saakaşvilinin özü isə həyat yoldaşının vətənində yaşayır.
Digər xəbərlər
loading...