Məşhur tamada-şairə Nazilə Səfərli ilə aparıcı Xoşqədəm Hidayətqızı arasında qalmaqal davam edir
Musavat.com xəbər verir ki, artıq şairə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
O, bu haqda sosial şəbəkədə məlumat yayıb: “Sevimli xalqım və dəyərli izləyicilərim, haqq nazilsə də, üzülmür. Xatirinizdədirsə, “Xəzər” televiziyasında efirə gedən "Səni axtarıram" verilişində bir müddət öncə mənim və qardaşım barəsində heç bir hüquqi əsası olmayan, eləcə də həqiqəti əks etdirməyən fikirlər dəfələrlə səsləndirilmişdi. Bu məsələ ailə üzvlərimizin nüfuzuna xələl gətirməsi məqsədi daşıdığına görə müvafiq araşdırma aparılaraq qanuna müvafiq ölçü götürülməsi məqsədilə qardaşım Daxili İşlər Nazirliyinə, Milli Televiziya və Radio Şurasına, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman), Ədliyyə Nazirliyinə, Nazirlər Kabinetinə və digər aidiyyəti qurumlara müraciət etmək məcburiyyətində qaldı. Artıq sözügedən şikayət Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, araşdırma aparılması Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə tapşırılmışdır. 30 iyun 2018-ci il tarixdə şikayətlə bağlı açıqlama vermək üçün Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilmişdim. Hüquqşünas Heyrat Qarayevlə həmin idarədə oldum. Şikayətin obyektiv araşdırılacağına inamım daha da artdı. Onu da əlavə edim ki, Milli Televiziya və Radio Şurasına ünvanlanmış şikayət də araşdırılmağa başladı. Hər iki qurumun rəhbərliyinə ailə üzvlərimiz adından təşəkkür edirəm”.
Qeyd edək ki, Nazilənin qardaşının keçmiş həyat yoldaşı Pərvanə “Səni axtarıram” verilişinə çıxaraq şairə və ailəsi barədə ittihamlar səsləndirmişdi. Xoşqədəm Hidayətqızı Pərvanənin sözlərindən sonra N.Səfərli və ailəsini ittiham etmişdi və yeni qalmaqalın əsasını qoymuşdu.
Daha sonra Nazilə Səfərli ərinin illər öncə X.Hidayətqızı ilə deyil, onunla evləndiyi üçün aparıcının ədavət apardığını demişdi. Onun sözlərindən sonra X.Hidayətqızı məhkəməyə müraciət edib.
Digər xəbərlər
loading...