Rusiyanın Vladivostok şəhərinin mərkəzi bazarında yerli sakinlər Azərbaycan pomidoruna görə, elə bazardaca etiraz aksiyası keçiriblər
Musavat.com-un yerli KİV-lərə istinadən məlumatına görə, buna səbəb azərbaycanlı satıcıların pomidorun bir kiloqramını 580 rubla satmaları olub. Bu isə təxminən 17 manata yaxın pul edir.
Satıcılara yolun uzunluğu, daşıma xərcləri barədə izahat verilsə də, onlar qiymətin aşağı salınmasını tələb ediblər. Bundan sonra azərbaycanlı satıcılar qiyməti aşağı salmağa məcbur olublar.
Digər xəbərlər
loading...