Son zamanlar Şamaxı rayonundan daxil olan şikayət və müraciətlərin ardı-arası kəsilmir. Rayonda sosial-iqtisadi durumun digər rayonlarla müqayisədə olduqca bərbad olduğu iddia edilən həmin şikayətlərdə diqqətimizi çəkən digər nüans oldu
Belə ki, cumhuriyyet.az-ın elektron ünvanına daxil olan məlumatda bildirilir ki, rayondakı bu özbaşınalıq və qanunsuzluğun başında Şamaxı RİH başçısının 1-ci müavini Qasım Qasımov dayanır. Və icra başçısı Asif Ağayev müavininə söz keçirəcək gücdə deyil…
Şamaxıda bütün işlərə şəxsən rəhbərlik edən 1-ci müavinin bunca səlahiyyət və cəsarət sahibi olmasının səbəblərinə gəlincə isə mənbəmiz aşağıdakıları söyləyib: “Şamaxı RİH başçısı Asif Ağayev xaraktercə olduqca mülayim şəxdir. Digər tərəfdən isə hakimiyyət düşərgəsində ciddi dəstəkçisinin olmaması onun bir qədər ehtiyyatlı davranmasına səbəb olur. Amma RİH başçısının 1-ci müavini Qasım Qasımova gəldikdə isə vəziyyət tamamilə fərqlidir. Qasım Qasımovun Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevə yaxın şəxs olduğu bildirilir. Maraqlısı budur ki, Şamaxının sabiq icra başçısı Asif Məmmədov da elə Qasım Qasımovun güdazına gedərək vəzifəsini itiribmiş. Belə ki, onların arasında açıqlamasına lazum görmədiyimiz məlum insidentdən sonra Asif Məmmədov icra başçısı postundan uzaqlaşdırmışdı. Görünür, indiki icra başçısı Asif Ağayev də belə bir sitiuasiya ilə üzləşmək istəmədiyindən 1-ci müavininin nazı ilə oynamaq qərarına gəlib”.
İcra başçısı yuxarılaraı necə aldadıb?
Amma cumhuriyyet.az-a daxil olan məlumatlar onu göstərir ki, artıq nə icra başçısı, nə də birinci müavin gözlənilən təhlükədən yaxa qurtarmaq imkanında deyil. A.Ağayevin Gədəbəyin, Binəqədinin, Tovuzun və Ağdamın icra başçıları kimi yola salınacağı söylənir. Hətta üzərində külli miqdarda mənimsəmə olduğu iddia edilir. Şamaxının icra hakimi yeyintilərə görə sorğu-sual oluna bilər. Onun və müavini Qasım Qasımovun ayağında büdcə korrupsiyası olduğu bildirilir. Belə ki, A.Ağayev bu ilin ilk rübü ilə bağlı keçirilən iclasda yalan məlumatlar verib. Həm dövlət başçısını, həm Şamaxı ictimaiyyətini aldatmağa cəhd etmiş A.Ağayevin yalanları elə öz çıxışında ifşa edilib. İcra hakimi rayonda iri taxılçılıq təsərrüfatları, yeni turizm obyektləri yaradıldığını qeyd edib, turizmin inkişaf etdirilməsi məqsədilə Şamaxının Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirəcək 22 km-lik yeni avtomobil yolunun tikintisinin davam etdirildiyini diqqətə çatdırıb. Hərçənd ki, bu işlərin heç birinin Şamaxı RİH-nin fəaliyyətinə aidiyyatı yoxdur. Nə turizm, nə aqrar sektorun inkişafı birbaşa İH-dən asılıdır, nə də bu struktur yol çəkir. O baxımdan A.Ağayev konkret faktlar göstərmədən belə bu ilin birinci rübündə ayrı-ayrı qurumların gördüyü işi öz adına çıxarıb.
İcra başçısına sərt suallar
Şamaxı rayonunda fəaliyyət göstərən bir qrup sahibkar tərəfindən redaksiyamıza müraciət ünvanlanıb. Həmin müraciətdə sahibkarlar bilavasitə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev tərəfindən incidildiklərini, gördükləri iş müqabilində onlara çatacaq pulun qəsdən verilmədiyini bildirirlər. Xatırladaq ki, yaranmış borc rayonun qədim tarixə malik Dəmirçi kəndində aparılan abadlıq-quruculuq işləri zamanı yaranıb. Kənddə aparılan işlərlə cənab prezident və Birinci vitse-prezident ötən il oktyabrın 2-də yerindəcə tanış olublar. Ölkə başçısının şəxsi diqqətində olan bir məsələdə qəsdən yaradılan maliyyə problemlərin görülən işlərə kölgə saldığını nəzərə alıb, KİV haqqında qanunu əsas tutaraq cumhuriyyet.az Şamaxı rayon icra başçısı Asif Ağayevə ünvanlanan sualları təqdim edir:
1. İcra başçısı Asif Ağayev tərəfindən aldadıldığını bildirən iş adamı Sərxan Osmanov uzun müddətdir ki, ona çatan pulun verilmədiyini bildirir. Sərxan icra başçısı üçün inşa edilən şəxsi evin tikintisinə və Dəmirçi kəndində görülən işlərə rəhbərlik edib. İşlərin artıq çoxdandır yekunlaşmasına baxmayaraq materialların pullarının və fəhlələrin əmək haqlarının verilmədiyini bildirən Sərxan çətin vəziyyətə düşdüyünü, icra başçısının isə onun qanuni tələblərinə məhəl qoymadığını açıqlayır. Sərxan bildirir ki, Asif Ağayev üçün inşa edilən şəxsi evin bütün tikinti işlərini görüblər. Hətta evin bütün sənədləri əvvəllər Sərxan Osnmanovun adına olub. Sonradan isə ev icra başçısının həyat yoldaşının adına sənədləşdirilib. Evin tikintisinə ümumilikdə 205 min manat vəsait xərclənib. A. Ağayev tərəfindən pulun müəyyən hissəsi ödənilsə də qalan çox hissəsi ödənilməyib.
2. Rayon icra hakimiyyətinin başçısı olaraq şəxsiniz üçün tikilən evin inşasına sərf olunan göstərilən böyük məbləğdə pulun geri qaytarılmamasının səbəbi nədir ?
3. Evin bütün sənədlərinin əvvəllər şikayətçi Sərxan Osmanovun adında olmasının səbəbləri nədir ?
4. Evin tikintisinə başlanan zaman bütün sənədlər Sərxan Osmanovun adına olduğu halda sonradan necə olur ki, ev icra başçısının həyat yoldaşının adına sənədləşir? – Əgər ev alınıbsa, pul niyə verilmir?
5. Avaxıl kəndində inşa olunan evin elektrik sayğacı da Sərxanın adına qeydiyyata alındığı halda sonuncunun heç bir iştirakı, imzası olmadan sənədlər sonradan necə olur ki, A.Ağayevin adına keçirilir? Asif Ağayevin Sabirabad rayonunda tikdirdiyi böyük tikinti malları mağazasının da bir çox materialları Dəmirçi kəndindən daşınıb. Belə ki, tikintiyə sərf olunan dəmir-beton konstruksiyalar hazır şəkildə Dəmirçidən birbaşa Sabirabada aparılıb.
6. Cənab prezidentin, eləcə ARDNŞ-nin nəzarəti ilə həyata keçirilən bu böyük işlər zamanı zəhmət çəkmiş usta və fəhlələrin pullarının verilməməsini nə ilə əsaslandıra bilərsiniz?
7. Birbaşa prezidentin nəzarətində olan, bölgənin turizm sektorunun inkişafında mühüm əhəmiyyət kəsb edən bir layihədə evlərin dam örtüklərinin dəyişdirilməməsi, köhnələrin yeni adıyla təqdim edilməsi faktlarına münasibət bildirmənizi xahiş edirik.
8.Eləcə də Asif Ağayevin Sabirabadda tikdirdiyi bir obyektə materialları Şamaxıdan daşıtdırması faktına da açıqlamanızı gözləyirik.
9. Dövlət başçısı dəfələrlə sahibkarlığın inkişafına hərtərəfli qayğının vacibliyini vurğuladığı, bütün məmurları iş adamlarına kömək etməyə çağırdığı bir məqamda Şamaxıda fəaliyyət göstərən bir iş adamına 130 min manatlıq ziyan vurmaq hansı məqsədə xidmət edir? Sərxan bildirir ki, Dəmirçi kəndində görülən işlər zamanı şamaxılı iş adamı Çingizdən beton götürülməsinə baxmayaraq, həmin materialın 16800 manat məbləğində borcunu icra başçısı ödəməkdən imtina edir. Səbəb olaraq isə guya rayonda Çingizin ona salam verməməsi əsas gətirilir.
10. Respublika əhəmiyyətli bir tikintini materialla təmin edən sahibkarın haqqının belə absurd bəhanə ilə verilməməsini necə izah edə bilərsiniz ?
11. Şikayətçilər icra başçısı Asif Ağayevin dəfələrlə ARDNŞ-nin vitse-prezidenti Bədəl Bədəlovla “çox yaxın” münasibətdə olduğunu bildirir, hər şeyi onun “xüsusi tapşırıqları” altında yerinə yetirdiklərini vurğulayırlar. Cənab prezidentin göstərişlərinə, yürütdüyü siyasi xəttə daban-dabana zidd olan bu əməllərlə hansı məqsədlərə xidmət edilir?
12. Nəhayətdə evinə əlinin qabarı, alnının təri ilə bir parça halal çörək aparmaq istəyən fəhlənin günahı nədir ki, halal qazancını aylardır ki, ala bilmir?
Yaponlarla müqavilənin pərdəarxası
Şamaxı rayon icra başçısı və müavini Q.Qasımovun Şamaxının Göylər kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsində ciddi yeyintiyə yol verdikləri deyilir. Bu müqavilənin imzalandığı tədbirdə Şamaxı RİH başçısı, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori iştirak ediblər. Cumhuriyyet.az bildirir ki, layihə üzrə müqavilə isə “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev və Səfir Teruyuki Katori tərəfindən imzalanıb. Layihənin ümumi məbləği 90,118 ABŞ dolları təşkil edib. Bildirilib ki, Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 226 və ümumi dəyəri isə 19,313,834 ABŞ dolları təşkil edir. İddialara görə, bu layihənin icrası zamanı A.Ağayev və Q.Qasımov tərəfindən maxinasiyalara yol verilib. Odur ki, Nağdəliyevə güvənən Qasımov öz əməllərini davam etdirir, Ağayev isə postundan çıxarılacağı üçün təşviş içindədir.
Digər xəbərlər
loading...